Buraxılış 4c

Ey dünyanın səadəti
Şirin səsi uşaqlar
Ömrümüzün , günümüzün
Təntənəsi uşaqlar.
Mən öpürəm bu gün sizi
Bu gün sizi uşaqlar!
Ey göyərçin, al nəğməmi
Dimdiyinə çiçək tək.
Uçub söylə uşaqlara:
Bayramınız mübarək!

22.05.2014-cü il tarixində 4c sinifində Məmmədova Rahilə İsgəndər qızı buraxılış tədbiri keçirdi. Bu tədbir hər zaman olduğu kimi quruluşuna və tərtibatına fərqlənirdi. Tədbirdə məktəb, müəllim, vətən, Azərbaycan haqqında çox gözəl analoqu olmayan şeirlər səsləndirildi, mahnılar oxundu.Uşaqlar gözəl rəqs nömrələri göstərdilər. Uşaqların ingilis dilində müəllim haqqında söylədiklər şeirlər və ingiliscə oxuduqları mahnı tədbirə xüsusi gözəlliklər verdi. Onlar şeirləri çox səlist və düzgün deyirdilər. Bu tədbirdə sanki uşaqlar təhsildə 4 il ərzində nailiyyətlərin hesabatını verdilər. Hər zaman olduğu kimi bu tədbirin müəllifi Rahilə müəllimənin özü idi.