Coğrafiya viktorinası

7.02.2014-cü il tarixində “Ankara məktəbi” məktəb liseyin akt zalında 6a,6b,6ç,6f və 6q sinifləri arasında “Coğrafiya viktorinası” keçirildi.
Komandalara maraqlı, əyləncəli, düşündürücü sual və tapşırıqlar verildi.
6b və 6ç sinifləri daha çox bal toplayaraq 6-lar içərisində seçildilər. Yarış 6b sinfinin qalibiyyəti ilə başa çatdı. Qalib gələn komandaya məktəb tərəfindən ” Fəxri fərmanlar” təqdim olundu.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin coğrafiya fənninə olan həvəsini daha da artıqmaqdan ibarətdir.