“Don Kixot” tamaşasına şagirdlərin baxışı

- Posted by ankara-lisey@mail.ru
- Posted in Xəbərlər
Təlim prosesinə şagirdlərin marağının artırılması üçün müxtəlif məktəbdənkənar fəaliyyət layihələrinin icrasının təşkil olunması məqsədilə 21.102019 – cu il tarixdə “Ankara məktəbi” məktəb – liseyin şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında nümayiş etdirilən “Don Kixot” tamaşasına baxmışlar. Məşhur ispan yazıçısı Migel de Servantesin dünyaşöhrətli bu əsəri şagirdlərin sevə – sevə mütaliə etdikləri bir sənət incisidir. Rejissor Bəhram Osmanovun quruluşunda səhnələşdirilmiş tamaşa şagirdlərin çox xoşuna gəlmişdir. Təlim və təhsil prosesində şagirdlərin estetik zövqünü formalaşdırmaq üçün teatr tamaşalarının böyük əhəmiyyəti var.