Gələcəyini özün müəyyənləşdir

- Posted by ankara-lisey@mail.ru
- Posted in Xəbərlər
24 fevral 2021-ci il ADA Universitetinin Tələbə Qəbulu şöbəsinin nümayəndəsi Elşad Göyüşov ilə “Ankara məktəbi” məktəb-lisey şagirdləri arasında onlayn təqdimat keçirildi. Təqdimatda iştirakçılara ADA Universitetində tədris olunan ixtisaslar, xaricdə təhsil imkanları, qəbul qaydaları, tələbə həyatı, gələcək karyera imkanları haqqında ətraflı məlumat verildi. Təqdimatda “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdləri iştirak edirdilər. Təqdimatın sonunda şagirdlərin sualları cavablandırıldı.