Həmişə yerin görünəcək

IMG-20200510-WA0069

Təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirib.

Ceyhun Bayramov təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirib və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

“Ankara məktəbi” məktəb-liseyin XIb sinif şagirdi Baxışova Şəbnəm Sakit qızı ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində I yerə layiq görülmüşdür.

https://drive.google.com/file/d/1IbXSppuMx-8x1_NxWgtr8ek01eKHYoNT/view?usp=drivesdk
Blog Attachment