Heydər Əliyev – müstəqil Azərbaycan

WhatsApp-Image-2021-05-07-at-10.19.12

06.05.2021-ci ildə “Ankara məktəbi”məktəb-liseydə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar  «Virtual məktəbdə” onlayn- tədbir keçirilib. Tədbirdə şagirdləri Həmzəyev Vaqif və Mansurov Eyvaz Ümummilli Lider Heydər Əliyevin tariximizin sovet  və  müstəqillik dövründə apardığı siyasəti haqqında təqdimat hazırladılar. Əsgərzadə Fərid tədbirin iştirakçılarına Ulu Öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğı haqqında məlumat verdi. Hüseynov Rəsul,Mansırov Eyvaz,Fətiyeva Nurcan və Əlizadə Günay ümumilli liderə həsr olunmuş şeirlər söylədilər. Quluzadə Aytac və Mikayılzadə Nuray Ulu Öndərin doğum gününün 98-ci il dönümü ilə bağlı plakat hazırlayıb,onlayn-tədbirdə təqdim etdilər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Qarabağ problemi ilə bağlı aparılan siyasətinin mahiyyəti açıqlandı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ümummilli Liderin layiqli davamçısı olaraq , Vətən müharibəsində Azərbaycan xalqının və  ordusunun qələbəsini təmin edilməsi ilə bağlı məlumat verildi.

Blog Attachment