Heydər Əliyev və Azərbaycan Tarixi

20190507_122511

Bakı Şəhər İcra Hakimiyyətində 06.05.2019-cu il tarixdə “Heydər Əliyev və Azərbaycan Tarixi” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda “Ankara məktəbi” məktəb-liseyin X sinif şagirdi Abdulsübhan Nəcəfli “İlham Əliyev və onun xarici siyasəti” mövzusunda çıxış etdi. Orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib, müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq günümüzün ən vacib şərtlərindəndir.

Blog Attachment