“INEPO-2014” Beynəlxalq olimpiadasının Qızıl medalının sahibi İ.Qabiyev

“Ankara məktəbi” məktəb-lisey” in VII sinif şagirdi Qabiyev İkram Emil oğlu2014-cü ilin aprel ayının 2-dən 6-na kimi ARDNŞ, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA təbiəti mühafizə üzrə ictimai təşkilatı və İctimai Televiziyanın təşkilatçılığı ilə Bakı səhərində keçirilən “İNEPO-2014” Beynəlxalq olimpiadasında iştirak etmişdir. Olimpiadada dünyanın 51 olkəsindən 180 komanda iştirak edirdi. İkram “Günəş radiasiyasından elektrik enerjisi alınmasının yeni metodikası” adlı layihəsi ilə çıxış edirdi. Onun hazırladığı qurğu təşkilatçılar və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş və yekdiliklə olimpiadanın qızıl medalına layiq görülmüşdür.

Bununla belə, layihə ABŞ-ın Osveqo şəhərində təşkil olunmuş Ümümdünya olimpiadasına (GENİUS Olimpida) dəvət almış və İkrambu ilin iyun ayının 15-20-də həmin olimpiadada iştirak edərək “HONOR” sertifikatına layiq gorulmuşdur. İ.Qabiyevin təklif etdiyi qurğu Amerikada böyük marağa səbəb olmuş və GENİUS Olimpida-nın münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirilmişdir. Beləliklə, 12 yaşlı azərbaycanlı orta məktəb şagirdi Amerikada Azərbaycan bayrağını qaldırmışdır.2014-cü ilin noyabr ayında Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilmiş Bakı Elm Festivalında Qabiyev İkram eyni adlı layihə ilə hamını yaxşı mənada balaca ixtiraçı kimi maraqlandırmışdır.

Metodikanın əhəmiyyəti:

Alternativ enerjinin növləri muxtəlifdir, lakin onların hər birininçatışmayan cəhətləri var. Məsələn, günəş batareyaları ancaq o vaxt işləyir ki, onların üzərinə günəş şüaları düşür. Külək generatorları küləyin müəyyən sürətindən sonra (3,5 m/san-dən yüksək qiymətlərdə) işləyir. Su elektrik stansiyaları isə çayların üzərində qurulduğundan istehsal olunan elektrik enerjisi xətlərini uzaq məsafələrə çəkmək tələbatı yaranır.

Bütün bu çatışmazlıqlar təklif olunanmetodikada yoxdur. Günəş və küləkdən asılı olmayaraq butun sutka ərzində elektrik enerjisi almaq mümkündür.

Bu qurğunun hundurluyu 10 metrdən az olmamalıdır. Onun uzərində dalğa gəbuledici qurğu yerləşdirilir.Maketdə gəbuledici qurğunu antena əvəz edir və radiodalğalar elektrikə çevrilir.Reallıqda bu qurğunun vasitəsilə gecə və gündüz gunəş radiasiyasının ultrabənövşəyivə infraqırmızı dalğalarından da elektrik enerjisi almaq mümkündür.

Qurğu aşağıdakı prinsip ilə işləyir:

Əvvəlcə qurğu dalğaları qəbul edir və onlar kondensatorda yığılır. Sonra düzləndirici diodlar (germanium 1N34) cərəyan yaradır və o da öz növbəsində elektrolitik kondensatorda yığılır. Müxtəlif dalğaların və onlardan yaranan rezonansın tutulmasıüçün dəyişən kondensatorlardan istifadə etmək olar.

Hesabat və metodika haqqında

Hal-hazırda maket işləyir və onun vasitəsilə 1 volt daimi cərəyan almaq olur. Antenanı başqa bir əvəzedici (gücləndirici) qoymaqla ultrabənövşəyi və ya ultraqırmızı şüalanmadan 1500 – 2000 volt intervalında gərginlik almaq mümkündür. Bu isə gecə və gündüz bir neçə mənzili elektriklə təmin etməyə imkan verir.

Çap et | Geri | Yuxarı

Elanlar
Zəlimxan Yaqub
27.12.2016-cı il tarixdə “Ankara məktəbi” məktəb-liseydə “Mütaliə aylığı” çərçivəsində xalq şairi Zəlimxan Yaqubun şagirdlər tərəfindən mütaliə edilmiş kitablarının müzakirəsi keçirildi.

“Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir
23 dekabr 2016-cı il tarixində Holiday İnn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirib.

“Kim daha çox kitab oxuyar”
16.12.2016-cı il tarixində “Ankara məktəbi” məktəb-lisey kitabxanasında “Kim daha çox kitab oxuyar” adlı yarışın yekun tədbiri keçirildi.

Heydər Əliyevin anım günü
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir 12.12.2016-cı il “Ankara məktəbin” məktəb-liseyin VI “f “ sinif şagirdləri tərəfindən keçirilmişdir.

“Ümid yeri” uşaq evi
04.12.2016-cı il tarixdə “Ankara məktəbi” məktəb-liseyin XB sinif şagirdləri sinif rəhbəri və direktor müavini O.Qocayeva ilə birlikdə Binə qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Ümid yeri” uşaq evində oldular.

Riyaziyyat aylığı
30.11.2016.cı il tarixində “Ankara