İstedadlı şagirdlərimiz! Qarabağ Azərbaycandır !

4D98AE45-DAA1-46F4-91A8-C9E2357EB4FD

“Ankara məktəbi” məktəb-liseyin 8c sinif şagirdi Xədicə İsmayılzadə Füzuli şəhərinin və Xudafərin körpüsünün işğaldan azad olunmasının ildönümü münasibətilə məktəblilər arasında “İşğaldan azad olunmuş ərazilər şagirdlərin gözü ilə” mövzusunda keçirilən inşa müsabiqəsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif edilmişdir. O, 8 noyabr -Zəfər gününə həsr edilmiş “Rəşadətlə yaşayanlar-Ölümü fəth edənlər” adlı uşaq və yeniyetmələr arasında keçirilən ümumrespublika hekayə müsabiqəsinin qalibi olmuş, diplomla təltif edilmiş, “Ölümü fəth edənlər” adlı kitabda “Mənim tarix yazan Qəhrəmanım” mövzusunda çəkdiyi rəsm və hekayəsi dərc edilmişdir.Uğurların bol olsun,Xədicə!

Blog Attachment