Kompüter və rəqəmsal yeniliklər əsrində

IMG-20191201-WA0097

Kompüter və rəqəmsal yeniliklər əsrində müəllim dərs prosesində bu imkanlardan lazımınca yararlanmalıdır. Əsas biliklərlə yanaşı müəllim şagirdin yaradıcılığını və təfəkkürünü inkişaf etdirməlidir. Robot mühəndisliyi dərsləri bu inkişafa nail olmağa imkan verir. Məktəbimizdə EV3 Mindstorm robot dəstləri 2016 – cı ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təqdim edilmişdir. Məktəb tərəfindən müəllimlər treninqlərə cəlb olunmuş və 2016 – 2017 – ci dərs ilinin sentyabr ayından biz şagirdlərə informatika dərslərində EV3 Mindstorm robotlarının imkanlarından məlumat verməyə başladıq. Uşaqların bu sahəyə marağını görüb, dərsdən kənar məşğələlərdə robot yığmağa və proqramlaşdırmağa davam etdik. Robototexnika dərslər çoxlu istedadlı şagirdlər aşkarlamağa imkan verdi. “Ankara məktəbi” məktəb-lisey olaraq Azərbaycanda təşkil olunan robototexnika üzrə beynəlxalq olimpiadaların yerli turnirlərində şagirdlərimiz öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Şagirdlərimizin qazandığı nailiyyətlərlə fəxr edirik.

FLL 2018 “Layihə təqdimatı” üzrə I yer

FLL 2019 “Əsas dəyərlər” kateqoriyası üzrə I yer

WRO 2019 “Elementary” kateqoriyası üzrə II yer

Məktəbimizdə bu istiqamətdə işlər davam edir və ümüdvarıq, şagirdlərimizdən ibarət komandalar beynəlxalq olimpiadalarda böyük uğurlara nail olacaqlar.

Blog Attachment