Multikultral dəyərlər-milli-mənəvi sərvətimizdir

20191206_091238

Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni yaxşı münasibət göstərilmişdir. Azərbaycan dövləti düzgün milli siyasət yeridib, milli azlıqların hüququnun təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Bu siyasətin şagirdlərə aşılanması məqsədi ilə “Ankara məktəbi” məktəb-liseydə 06.12.2019-cu il tarixdə “Multikultural dəyərlər – milli-mənəvi sərvətimizdir” mövzusunda X-XI sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Şagirdlər tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi ilə bağlı fikir mübadiləsini apardılar. Nəticədə, dini dözümlülük, milli azlıqların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan cəmiyyətin formalaşmasının vacibliyi vurğulandı.

Blog Attachment