Multikultural dəyərlər – milli-mənəvi sərvətimizdir

78478152_437940997108651_2169864104104165376_o

Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni yaxşı münasibət göstərilmişdir. Azərbaycan dövləti düzgün milli siyasət yeridib, milli azlıqların hüququnun təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Bu siyasətin şagirdlərə aşılanması məqsədi ilə “Ankara məktəbi” məktəb-liseydə 05.02.2020-ci il tarixdə “Multikultural dəyərlər – milli-mənəvi sərvətimizdir” mövzusunda X-XI sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Şagirdlər tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi ilə bağlı fikir mübadiləsini apardılar. Nəticədə, dini dözümlülük, milli azlıqların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan cəmiyyətin formalaşmasının vacibliyi vurğulandı.

Blog Attachment