Nağıllar aləminə səyahət

“Ankara məktəbi” məktəb-liseyin IIa sinif şagirdləri 04.03.2014-cü il tarixdə məktəbin akt zalında “Nağıllar aləminə səyahət“ mövzusunda tədbir keçirdi. Nağıl qəhrəmanları rolunda çıxış edən şagirdlər tədbirdəki tamaşaçılara bir daha nağılları sevdirmiş, müəllim və valideyn kollektivini isə bir anlıq uşaqlıq aləminə qaytarmışdı. Şagirdlər tədbirin sonunda qonaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə də təbrik etmişlər.