“Narkomaniya ümumbəşəri bəladır” xüsusi mövzu əsasında maarifləndirmə tədbiri
- Posted by ankaramektebiadmin
- Posted in Xəbərlər
“Ankara məktəbi” məktəb-liseydə, şagirdləri zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədi ilə, 16.02.2018-ci il tarixdə, Bakı şəhəri BPİ-si, Nərimanov PPİ-nin əməkdaşları və Polis Veteranları Şurasının üzvləri tərəfindən birgə hazırlanmış “Narkomaniya ümumbəşəri bəladır” xüsusi mövzu əsasında maarifləndirmə tədbir keçirilmişdir. Görüşün yekununda tədbirdə iştirak edən müəllim və şagirdlərə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparılmışdır.