Narkamaniya ümumbəşəri bəladır

Rəhbərlik etdiyim Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində “Ankara məktəbi” məktəb-liseydə,şagirdləri zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədi ilə, 30.01.2015-ci il tarixində əməkdaşlarınız tərəfindən hazırlanmış “Narkamaniya ümumbəşəri bəladır”,xüsusi mövzu əsasında maarifləndirmək tədbir keçirilmidir.Görüşün yekununda münasibətləri,ictimai davranış qaydaları və yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü,qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparılmışdır.
Məktəbimizdə qeyd olunan maraqlı tədbirin təşkili və kçirilməsində şəxsən sizə və əməkdaşlarınıza məktəbin pedaqoji kollktivin və öz adımdan təşəkkür edərək minnətdarlığımızı bildiririk.Eyni zamanda xüsusi olaraq nəzərinizə çatdıraraq bildirirəm ki, bu məzmunda qabaqlayıcı profilaktiki tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək onları zərərlivərdişlərdən,hüquqpozmalardan yayındırma prosesinə yönəlmiş fəaliyyətdə böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı,onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır.

30.01.2015-ci il tarixində “Ankara məktəbi” məktəb-liseydə keçirələn tədbirin reqlameti:
1.Nərimanov Rayon Polis idarəsinin rəisi Polis Polkovniki İsmayıl Əsədov
2.Bakı şəhər Baş Polis idarəsinin Polis Veteranlar Şurasının sədri Emin Məmmədov
3.Nərimanov Rayon Polis idarəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə bölmənin rəisi Polis mayoru Rüstəm Rüstəmov
4.Nərumanov Rayon Polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Polis Polkovnik Leytenant Məhəmməd Əliyev