“Narkomaniya ümumbəşəri bəladır”

”Ankara məktəbi” məktəb-liseydə yuxarı sinif şagirdlərini zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədi ilə, 17.04.2014-cü il tarixdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirildi. ­Tədbirin yekununda iştirakçı şagirdlərlə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi proflaktiki söhbətlər aparılmışdır.