Novruz Bayramı

“Ankara məktəbi” məktəb -liseyi də Novruz bayramını böyük təntənə ilə qeyd etdi. Məktəbin 4 d sinifi şagirdləri hamısı na bayram əhval ruhiyəsi bəxş etdilər.
Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.