Ölməz bəstəkar

1437116558141114070_1000x669

Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli — azərbaycanlı bəstəkar, musiqişünas – alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır. O, Azərbaycanın əməkdar incəsənət xadimi , SSRİ xalq artisti, Stalin mükafatı  laureatı, “Lenin ordeni” və “Qırmızı əmək bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun  direktoru.Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifidir.

“Ankara məktəbi” məktəb-liseydə ölməz bəstəkar Üzeyir Hacıbəyovun 134 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Blog Attachment