Psixoloji xidmətin təşkili

45166340_251067228906780_1508193489865670656_n

17.12.2019-cu il tarixdə

17.12.2019-cu il tarixdə III sinifdə “Riyazi təfəkkürün öyrənilməsi” testi, 19.12.2019-cu il tarixdə IV c sinfində “Qabrov-Şulte” cədvəlindən və “Milçək” metodikasından, 23.12.2019-cu il tarixdə IV q sinfində “Hafizənin öyrənilməsi” metodikasından, 25.12.2019-cu il tarixdə I c sinfində “Raven” testi, 27.12.2019-cu il tarixdə I ç sinfində “Əlifbanın hərfləri” və “ Yazan makina”metodikalarından, 08.01.2020-ci il tarixdə III ç sinfində “Veksler” testi, 10.01.2020-ci il tarixdə II ç sinfində “Ağıl çevikliyinin aşkar olunması” testindən istifadə olunaraq diaqnostik işlər həyata keçirildi. Testlərin keçirilməsində məqsəd şagirdlərin idrak proseslərinin inkişafını öyrənməkdir.

18.12.2019-cu il tarixdə X b sinfində “Mən” obrazı, “Mənlik şüuru”nun formalaşması mövzusunda dəyirmi masa təşkil olundu.

24.12.2019-cu il tarixdə V ç sinfində “Milli mənəvi dəyərlərimiz” mövzusunda seminar təşkil olundu.

30.12.2019-cu il tarixdə “Zərərli vərdişlər və onların fəsadları” mövzusunda psixoproflaktik  və eyni zamanda maarifləndirmə işi həyata keçirildi.

09.01.2020-ci il tarixdə X d sinfində “Gənclər bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirildi.

Blog Attachment