Qəhrəmanlarımızı tanıyaq və tanıdaq

WhatsApp-Image-2021-02-11-at-22.03.04-1

Vətən uğrunda, torpaq uğrunda şəhid olmaq, qəhrəmanlıq göstərmək dədə – babalarımızdan bizə miras qalmış xüsusiyyətdir. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün qəhrəmanlarımızın keçdiyi şərəfli həyat yolu vaxtaşırı təlqin və təbliğ olunmalıdır. Bu məqsədlə “Ankara məktəbi” məktəb-liseydə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” devizi altında silsilə tədbirlər keçirilir. Belə tədbirlərin biri də liseyin VII a sinif şagirdlərinin 11.02.2021-ci il tarixdə “Virtual məktəb”də təqdim etdiyi “Qəhrəmanlar unudulmur”adlı ədəbi-bədii kompozisiya oldu. Fənn müəllimi R.Muradxanlının təşkilatçılığı ilə keçirilən onlayn tədbirə şagirdlər böyük fəxr, qürur və məsuliyyət hissi ilə yanaşmışdır. Şagirdlərin təqdim etdikləri avtobioqrafik təqdimatları, video çarxlar, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fotolar,rəsm – illüstrasiyalar onların vətənpərvər ruhda formalaşmasının bariz nümunəsidir.

Blog Attachment