Qarabağ və Aprel Şəhidlərinin xatirəsinə

20190508_092325

07.05.2019-cu il tarixdə “Ankara məktəbi” məktəb-liseyin IX a sinif şagirdləri aprel şəhidi Fəxrəddin Qurbanlının ziyarətinə getmişlər. Bu ziyarətin xüsusi olması şəhidin sinif yoldaşları Emil Qurbanlının əmisi oğlu olması idi. Əvvəlcə qəbrini ziyarət edən şagirdləri şəhidin valideynləri qarşıladılar. Şəhidin evində şagirdləri şəhidin ailəsi ilə görüşün təsiri və həm də mənəvi dəyəri sözlə ölçülə bilməz. Anasının Fəxrəddin haqqında danışdığı məzəli əhvalatlar uşaqların kədərini və göz yaşlarını dindirə bilməsə də, çox mənalı söhbət uşaqların xatirələrini uzun müddət bəzəyəcək. Uşaqlar ailəyə özlərinin hazırladığı Fəxrəddin Qurbanlı haqqında bukletləri xatirə olaraq təqdim etdilər. Bu şəhidin ailəsi üçün dəyəri heç nə ilə ölçülməyən hədiyyə idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Blog Attachment