Qarabağ xalçaları ! Qarabağ Azərbaycandır!

B56B88FB-D46E-4D7A-8EBC-6E1BCF3F8AA9

Tədbirin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələrindən olan Qarabağ xalçalarını uşaq və yeniyetmələrə tanıtmaq və təbliğ etməkdir. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib, sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməyib. Böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından belə tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Blog Attachment