Qayıdışın mübarək Kəlbəcər!!!

IMG-20201125-WA0022

Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahididir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 15 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli idi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir. 

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.

Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

“Ankara məktəbi” məktəb – liseyin XIa sinif şagirdləri döyüş bölgəsində yerləşən hospitalda yaralı əsgərləri ziyarət ediblər. Əsgərlərə “Əsgər məktubu” və sovqat aparıblar.

YAŞASIN AZIRBAYCAN! YAŞASIN ALİ BAŞ KOMANDAN! VAR OLSUN MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU! QARABAĞ AZƏRBAYCANDIR!

Blog Attachment