Qiraətçi verilişi
- Posted by ankaramektebiadmin
- Posted in Xəbərlər
Qiraətçi
Bu yaxınlarda ARB Günəş telekanalında yayımlanan Təhsil TV və adı çəkilən kanalın birgə layihəsi olan “Qirətçi verilişində liseyimizin şagirdləri və ədəbiyyat müəllimi Ruhəngiz Muradxanlı iştirak etmişlər. Verilişin formatına uyğun olaraq bədii əsər müzakirəsinə qatılan şagirdlər ispan yazıçısı M.D. Servantesin “Don Kixot” əsərini müzakirə etmişlər.Dünya ədəbiyyatında ən populyar romanlardan sayılan “Don Kixot” şagirdlərin müzakirəsində yeni aspektlərdən təsvir edilmişdir. Liseyimizin VIII sinif şagirdləri Nigar Ələkbərli,Selcan Məmmədli,Ramin Məmmədzadə,Zərifə Zaxarova,Azər İsmayılzadə,Leyla İslamova,V sinif şagirdi Mehran Camalxanov,VII sinif şagirdi Ayxan Camalxanov bədii ədəbiyyata olan həvəs və istəklərinin nəticəsində maraqlı mülahizələr söyləmişlər. Məhz bunun nəticəsində veriliş canlı və effektli bir şəkildə təqdimatını tapmışdır.Verilişin əvvəlində Ruhəngiz Muradxanlı liseyimiz haqqında hərtərəfli məlumat vermiş,əldə etdiyimiz uğurlardan bəhs etmişdir.Maraqlı diskussiya şəklində keçən veriliş,hesab edirik ki,tamaşaçıları da razı salmışdır.