Şəhərin qış gecələri

20200122_091213

“20 Yanvar” faciəsinin 30-cu ildönümü münasibətilə “Ankara məktəbi” məktəb-liseydə silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlər siyahısında 18.01.2020-ci il tarixdə “Ankara məktəbi” məktəb-lisey şagirdlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Anarın “20 Yanvar” faciəsindən bəhs edən “Şəhərin qış gecələri” adlı tamaşasına baxışı oldu. Tamaşa-premyeranı seyr edən şagirdlər sonda Xalq yazıçısı Anarla, Xalq şairləri Ramin Rövşənlə, Nəriman Həsənzadə ilə, dünyaşöhrətli alim, akademik Rafiq Əliyevlə səmimi görüş keçirmiş, xatirə fotolar çəkdirmişlər.

Blog Attachment