Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayır

20200117_105546

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. “Ankara məktəbi” məktəb-liseydə həmin hadisələri yad etmək üçün yuxarı sinif şagirdləri ilə “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayır” mövzusunda dəyirmi masa keçirildi. Yuxarı sinif şagirdləri Məmmədova Fidan, Mustafayev Fərhad, Babayev Musabəy 20 yanvar faciəsinin səbəblərini və xalqımız üçün mahiyyətini açıqladılar.

Blog Attachment