“Sabahın alimləri” VII Respublika Müsabiqəsi

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırıb.

“Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdləri Qabiyev İkram və Xanlarov İsmayıl II yer tutaraq gümüş medal qazandılar.

Blog Attachment