Sağlam həyat tərzi ömrü uzadır

20191206_085419

09.12.2019-cu il tarixdə məktəb-liseyin VI e sinfində “Sağlam həyat tərzi ömrü uzadır” mövzusunda praktikum – dərs keçirildi. Məqsəd şagirdlərə pis və zərərli vərdişlər barədə məlumat vermək, sağlam həyat tərzinin faydalarını aşılamaq oldu. Müzakirədə şagirdlər zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri barədə fikirlərini ifadə etdilər, oturaq həyat tərzinin insan orqanizmi üçün törətdiyi fəsadlar barədə biliklərini nümayiş etdirdilər. Dərsin sonunda şagirdlər mövzuya aid hazırladıqları plakatları təqdim etdilər.

Blog Attachment