Sağlam həyat yaşayaq

C5A08AAA-BCAF-4109-B979-5A0DE7F9E9BE

10.01.2022-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseydə “Zərərli vərdişlər və onların fəsadları “ mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə sağlamlığa zərər verən ,insan orqanizmini zədələyən,hətta insanın ruhi sağlamlığını da məhv edən spirtli içkilər,siqaret,əsrin bəlasına çevrilən “ağ ölüm” adlandırılan narkotiklər və onların fəsadları haqqında təqdimatlar dinlənildi. Alkoqolizm və narkomaniya, onların cəmiyyətdə şəxsiyyətin formalaşmasında vurduğu zərərlər haqqında videoçarxlar izlənildi.Şagirdlərin zərərli vərdişlər haqqında çəkdikləri rəsmlər nümayiş etdirildi.Həmçinin məktəbin tərbiyə işləri üzrə direktor müavini Qocayeva Ofelya ,məktəbin psixoloqu Quliyeva Aynur və məktəbin həkimi Novruzova Şəfəq həyatda ən vacib amil olan sağlamlıq, cəmiyyətdə sağlam həyat tərzi ,zərərli vərdişlərdən uzaq olmaq,cəmiyyətimizdə layiqli şəxsiyyətlər kimi yetişmək və buna nail olmağın yolları haqqında maarifləndirici çıxışlar etdilər.

Blog Attachment