Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri

33425655_1836362496407692_8827688334940700672_n

Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib.

Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. 

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

“Ankara məktəbi” məktəb-liseyin müəllimi Mirzoyeva İmamir Elxan qızı təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə ” Robototexnikaya WeDo ilə başla” layihəsi ilə qalib olmuşdur.

Blog Attachment