Tarixlərə həkk olunmuş qan yaddaşımız

WhatsApp-Image-2021-02-25-at-13.49.34-2

25.02.2021-ci il tarixdə “Ankara məktəbi”məktəb-liseydə Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədarVII c sinfində «Virtual məktəb”də onlayn tədbir keçirildi. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. VII c sinfinin şagirdi Adıgözəlov Murad, İsmailzadə Xədicə, Abbasov Kamran, Qarayev Kənan, Həbibəyli Leyla, Mehdi Aişə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verdilər.Novruzlu Ali və Baxşıyeva Günel Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər. Həmin sinfin şagirdi Dadaşlı Nüşabə “Virtual məktəb”də Qarabağ tarixi kanalında, Çingiz Mustafayevin Xocalı soyqırımının həqiqətlərini dünyaya çatdırılmasında rolunu açıqlamaq məqsədi ilə təqdimat yerləşdirmişdir. Salahova Zəhra Xocalı soyqırımı ilə bağlı plakat hazırlayıb, onlayn-tədbirdə təqdim etdi. Xocalı soyqırımını dünyada tanıtmaq məqsədi ilə keçirilən tədbirlər haqqında məlumat verildi.

Blog Attachment