Teatrla tanışlıq

skazka-o-rybake-i-rybke

İbtidai sinfi bitirib V sinfə qədəm qoyan şagirdlərə yeni bir fənn – ədəbiyyat fənni tədris olunur. Şagirdlərə ilk dərsdən bu fənnin əhəmiyyəti, məqsədi və tədrisi ilə bağlı məlumat verilir.

Ədəbiyyatın həyatı obrazlı şəkildə əks etdirən söz sənəti olması fikrini şagirdlərə mənimsətmək üçün onlara əyani, virtual tədris çox vacibdir. Bu məqsədlə “Ankara məktəbi” məktəb – liseyin V sinif şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına ekskursiya etmiş, dahi rus şairi A.S.Puşkinin”Balıqçı və qızıl balığın nağılı” əsəri əsasında hazırlanmış “Qızıl balığın nağılı” adlı tamaşaya baxmışlar. Sonda balaca tamaşaçılar aktyor və rejissorla görüşüb xatirə şəkli çəkdirmişlər.

Blog Attachment