Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən

- Posted by ankara-lisey@mail.ru
- Posted in Xəbərlər
17.01.2020-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseydə 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edildi. Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş Qanlı Yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulandı.