Uğurlu karyeranın təməli

20200115_095926

15.01.2020-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseydə Qərbi Kaspi Universitetinin əməkdaşları tərəfindən təqdimat keçirildi. Əməkdaşlar şagirdlərə düzgün ixtisas seçimində öz fikirlərini, məsləhətlərini verdilər. Gələcəkdə lazım olan peşələr, texnologiyalar haqqında çıxışlar etdilər. Gələcəkdə hansı ixtisasların aktual olacağı, mütəxəssislərin hansı sahədə daha çox ehtiyac duyulacağı barədə informasiyalar verdilər. Təqdimat Universitetin əməkdaşları Allahverdiyev Paşa, Abbasov Rasim, Hacıyev Teymur tərəfindən keçirildi.

Blog Attachment