Uşaq yazıçısı ilə görüş

- Posted by ankara-lisey@mail.ru
- Posted in Xəbərlər
02.12.2019-cu il tarixdə “Ankara məktəbi” məktəb-liseydə Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor Xəlilov Zahid Abdulla oğlu ilə görüş keçirildi. Görüşdə şairin yaradıcılığı haqqında 4 kitab yazmış Firudin Əsgərov, Təhsil Nazirliyinin əməkdaşları Vidadi Bağırov, Anar Mirzəzadə məktəb-liseyin müəllim, valideyn və şagirdləri iştirak etdilər. Məktəblilər Zahid Xəlilin şeirlərini səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər,şairə onları maraqlandıran suallarla müraciət etdilər. Tədbirin sonunda Zahid Xəlil öz təəssüratlarını məktəb – liseyin Xatirə albomunda qeyd etdi və xatirə şəkli çəkdirdi.