Vətəni qorumağı sizdən öyrənirik

9162e10b-5b9c-40dd-be72-3f4c7e5dc340

2020 ci il Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil olmuşdur. Bu müharibə zamanı neçə-neçə gənclər öz həyatlarını qurban vermışdir. Boşuna deyilməyib torpaq su ilə qarışanda palçıq qanla qarışanda isə Vətən olur. Bizim igid əsgərlərimiz də öz qanları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın haqq savaşında qələbəsini təmin etdi. 15.02.2021-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseyin Va sinif şagirdləri qəhrəman oğullarımızı yada salmaq, onları xatirimizdə daim yaşatmaq üçün qəhrəmanlarımızı yad edərək tədbir keçirildi. Şagirdlər böyük həvəs və coşğuyla öz qəhrəmanlarını təqdim edib, video çarxlar, şəkillər çəkərək nümayış etdirdilər. Bəli Vətən ruhunda belə şagirdlərimizin yetişməsi bizləri sevindirməyə bilməzdi Bizim vətəndaş kimi borcumuz şəhidlərimiz və qəhrəmanlarımızı il ərzində tez tez xatirlamaq onları unutmamaq unudulmalarına imkan verməməkdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımıza həsr olunmuş tədbir Vb sinfində keçirildi. Vb sinfinin şagirdləri bu tədbir üçün öz əl qabiliyyətlərini nümayış etdirərək Topçu Vüsalın şəklini(Bahar İbrahimzadə) Xarı bülbül rəsmi və Şuşa qalası rəsmi (Süleyman Hacıyev) Azad minarələr rəsmini (Rustəm Mahmudlu ) Şuşa qalasının azad olunması rəsmini (Nərminə Kərimova) çəkdilər və bir çox şəhid hərbçilərimizin döyüş yolu haqqında məlumatlar topladılar.

Vç sinfi Azərbaycanın ərzi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanları yad etdi. Qeyd edək ki,  2020 –ci il 27 sentyabrdan başlanan Vətən müharibəsi Azərbaycanın haqq savaşında qələbəsini məhz həmin igidlərimizin qorxmadan döyüşlərdə nümayiş etdirdiyi rəşadəti ilə qazanmışıq. V ç sinfinin şagirdləri Həsənli Zəhra, Manafova Ayan, Ağalı Dəniz, Novruzzadə Kamil, Murad Nəbizadə, Əsgərli Hüseyn, Murad Mürşüdlü, Aysun Nağıyeva video çarxlar hazırlayaraq nümayiş etdirdilər. Bizim vətəndaş olaraq borcumuz qəhrəmanlarımızı daim yaddaşımızda saxlayıb onların xatirəsinə həsr olunan tədbirlərlə yad etməkdir .

Vc sinfi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımıza həsr olunmuş tədbir keçirildi.  Şagirdlər  qəhrəman oğullarımızın keçdiyi döyüş yolları haqqında Leyla Qulizadə Nəzrin Mikayıllı Məryem Cəfərova İsmayılzadə Fatimə  və başqaları təqdimatlar hazırlayıb, slaydlar, video çarxlar nümayiş etdirdilər . Bizim vətəndaşlıq borcumuzdur ki, vətən uğrunda canından keçmiş igid övladlarımızı daim yada salaq!

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan gəncləri V q sinfi yad etdi. Onlardan Müstəcəb Bağırov şəhidimiz  İsmayıl İbrahimov  haqqında video çarx,  Leyla Ocaqkulova Dövlət Cəbrayılzadənin qısa və mənalı ömür yolu haqqında vido çarx,  Mədinə Qəhrəmanova Rauf İbadov haqqında, Ayan Namətova qazimiz Balayev Ceyhun haqqında məlumat,  digər sinfin şagirdləri də qəhrəmanlarımız haqqında təqdimatlar hazırlayıb nümayiş etdirdilər.

Xalqımızın qəhrəman oğullarına həsr edilmiş tədbirdə VIa sinfi yaxından iştirak etmişdir. Onlar bir çox igid Azərbaycan oğullarının həyatı və döyüş yolu haqqında çox maraqlı faktlar araşdırmışlar. Bağırova Səriyyə  şəhid İsrafil İbrahimov haqqında video çarx,  Quluzadə Mehriban leytenant Aqil Həsənov haqqında slide show hazırılayib təqdim etdilər. Onların qəhrəmanlıqları gələcək nəsillərə örnək olmalı və şəhidlərimizi daim xatırlamalıyıq.

Azərbaycanın ərazi bütovlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin anımına həsr olunmuş tədbirdə VI b sinfi də iştirak etmişdir. Onlar qəhrəmanlarımız haqqında xeyli araşdırmalar apararaq məlumatlar toplayıb təqdim etdillər. Maraqlı müzakirə alındı və şagirdlər qəhrəmanlarımız haqqında danışarkən onlarda vətənpərvərlik hissinin nə qədər güclü olduğu hiss olunurdu. Sultanlı Xədicə isə Şəhidlərin Anım günü simvoluna çevrilmiş xarı bülbül rəsmini təqdim etdi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımız haqqında məlumat toplayan VI c sinfi də fəal siniflərdəndir. Burada General mayor Polad Həşimov haqqında vido çarx toplanılmış, Xudayar Yusifzadə və b. haqqında onların həyatı, hərbi əməliyyatlarda iştirakı və şəhadətləri haqqında ətraflı məlumatlar toplayaraq təqdim edilmişdir. Onlar öz çıxışlarında qeyd etdilər ki, torpaq uğrunda ölən varsa Vətəndir.

Blog Attachment