Xocalı

1992-ci il fevralın 25-dən 26-sına keçen gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş,sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış,az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş,şəhər tamamilə alova bürünmüşdür.Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbr edilmişdir.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər oldürülmüş,487 nəfər şikəst olmuş,1275 nəfər dinc sakin-qocalar,uşaqlar,qadınlar əsr götürülərək ağlasığmaz erməni zümünə,təhqi və həqarətlərinə məruz qalmışlar.150 nəfərin taleyi hələ də məlum deyildir.