Xocalı-kədərim mənim

IMG-20200225-WA0045-1

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Ankara məktəbi” məktəb-liseydə “Xocalı-kədərim mənim” adlı Xüsusi dərs keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərdən Əliyeva Tünzalə Xocalı faciəsi qurbanları ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirdi. Əlicanova Aysel, Hacızadə Nigar, Qurbanzadə Aytac referat mövzularını təqdim edib bildirdilər ki, Xocalı soyqırımında həlak olanlarAzərbaycanın şəhid vətəndaşlarıdır. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olublar. Xalqımızın milli azadlığı yolunda apardığı mübarizənin qurbanlarıdır. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq, eyni zamanda başımızı dik tutmalıyıq. Gələcəyə inamla baxıb mübariz olmalıyıq. Əlizadə Aysu, Əmrahov Polad Xocalı faciəsini əks etdirən rəsmlərini nümayiş etdirdilər.

Blog Attachment