Xocalı soyqırımı

26 fevral 2018-ci il tarixində “Ankara məktəbi” məktəb-liseyində “Xocalı soyqırımı” nın 26-cı ildönümünə həsr olunmuş “Çağırış”adlı ədəbi -bədii kompozisiya keçirilmişdir.

Tədbirdə iştirak edən lisey rəhbərliyi, şagirdlər və valideynlər “Xocalı soyqırımı” qurbanlarının, eləcə də xalqımızın azadlığı və müstəqilliyi uğrunda şəhid olan həmvətənlilərimizin əziz xatirəsini 1 dəqiqə sükutla yad etmişlər. Tədbirdə liseyin şagirdləri “Xocalı soyqırımı”na ithaf olunmuş şeirlər söyləmiş, səhnəciklər nümayiş etdirmiş, musiqi səsləndirmişlər.

Tədbir boyu iştirakçılara Xocalı faciəsini, Aprel döyüşlərini, Cocuq Mərcanlıya Böyük qayıdışı və Milli Ordumuzun qüdrətini, yenilməzliyini əks etdirən virtual görüntülər və slaydlar təqdim olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin “Xocalı soyqırımı”na həsr olunmuş tədbirdəki çıxışı tədbir iştirakçılar tərəfindən böyük diqqət və ehtiramlıq dinlənilmişdir.

Sonda liseyin rəhbərliyi , fənn müəllimləri və valideynlər soyqırım haqqında öz hiss və düşüncələrini bölüşmüşlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Blog Attachment