Xocalı soyqrımı anıldı

“Ankara məktəbi” məktəb-liseyin Vb sinif şagirdləri sinif rəhbəri Rəhmanova Xalidə və tarix müəlliməsi Allahyarova Qızbacı müəllimə ilə birlikdə “Ana fəryadı” Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidəni yad etdilər.
Sinif şagirdləri abidənin qarşısına qərənfil düzdülər. Onlar Ədəbiyyat dərsində öyrəndikləri “Firuzə qaşlı xəncər” əsərində Zeynəb müəllimənin timsalında bütün qəhrəman anaları alqışlayırlar. Şagirdlər bildirirlər ki, biz hər bir zaman erməniləri pisləyəcəyik, onlara nifrətimizi bildirəcəyik var qüvvətimizlə onalra qalib gəlib, torpaqlarımızı işğaldan azad etməyə çalışacağıq