Yol hərəkəti qaydalarına riayət edək

WhatsApp-Image-2021-06-07-at-08.14.08

“Ankara məktəbi” məktəb-liseydə 07.06.2021-ci il tarixdə yol hərəkəti qaydalarına dair tədbir keçirildi. Tədbirin başlıca məqsədi uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir. Əsas hədəfimiz yol hərəkəti qaydaları haqqında geniş məlumat verməklə, uşaqların hər birinin bu sahədə təbliğatçıya çevirməkdir. Uşaqları maarifləndirməklə baş verə biləcək bədbəxt hadisələrdən onları və ətrafınızdakı insanları qoruya bilərik.

Blog Attachment