Zəlimxan Yaqub

27.12.2016-cı il tarixdə “Ankara məktəbi” məktəb-liseydə “Mütaliə aylığı” çərçivəsində xalq şairi Zəlimxan Yaqubun şagirdlər tərəfindən mütaliə edilmiş kitablarının müzakirəsi keçirildi. Müzakirədə doqquzuncu sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etdi. Maraqlı təqdimatlar,əsərlərdən parçalar səsləndirildi . IX q sinif şagirdi Quliyev Yasinin, Zəlimxan Yaqubun yaradıcılığı mövzusunda hazırladığı musiqili-bədii elektron təqdimat tədbirə xüsusi ahəng gətirdi.